Şəkidə mübahisə qanla bitdi, 50 yaşlı kişi qətlə yetirildi
Hadisə
Noyabrın 15-də saat 18 radələrində Şəkidə 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.
News24.az "Trend"ə istinadla xəbər verir ki, rayonun Turan qəsəbəsində baş verib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.