Sel nəticəsində 52 nəfər - ÖLDÜ
Hadisə
Dhaka Tribune qəzetinin məlumatına görə, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqın fəlakətinin son vəziyyəti ilə bağlı hesabat dərc edib.
News24.az xəbər verir ki, daşqının ölkə daxilində 5 milyon 400 mindən çox insanın təsirləndiyi, ölənlərin sayının 52-yə yüksəldiyi bildirilib.
Mulvibazar bölgəsində sel suları tərəfindən götürülərək itən şəxs hələ də tapılmayıb.
Eyni zamanda, 595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə sahədə xidməti vəzifələrini davam etdirir.
Digər tərəfdən, ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 500 mindən çox insan 3403 müvəqqəti sığınacaqda yerləşdirilib.
Günel Məlikzadə