Şəmkirdə avtomobillər toqquşdu - Xəsarət alanlar var - Yeniləndi

Şəmkirdə avtomobillər toqquşdu - Xəsarət alanlar var - Yeniləndi Hadisə

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə "VAZ-2107" ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.(Unikal)

09:22


Bu gün saat 08:00 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.