Şəmkirdə yanan azyaşlının vəziyyəti açıqlandı

Şəmkirdə yanan azyaşlının vəziyyəti açıqlandı Hadisə

Xəbər verdiyimiz kimi, Şəmkirdə azyaşlı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bilirilib ki, oktyabrın 8-i saat 19:00 radələrində yanıq xəsarətləri alan 2017-ci il təvəllüdlü (qadın) azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Ona qasıq üstü nahiyəsinin və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Pasiyentin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edən pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb".