Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - Fotolar
Hadisə
Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.
“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az


