Sərxoş ana 2 aylıq körpəsini döyüb öldürdü - Bu ölkədə

Sərxoş ana 2 aylıq körpəsini döyüb öldürdü - Bu ölkədə Hadisə

Rusiyanın Kirov vilayətində sərxoş ana iki aylıq oğlunu öldürüb və onun cəsədini tərk edilmiş bir binada gizlədib.

News24.az xəbər verir ki, hadisə iyunun 1-də baş verib.

Məhkəmə 20 yaşlı qadını öz uşağını qətlə yetirməkdə ittiham edərək həbs edib.

İstintaq məlumatlarıına görə, o, iki aylıq oğlunun başına bir neçə zərbə vurub. Körpə aldığı xəsarətlər nəticəsində ölüb.

Cinayəti gizlətmək üçün qadın sevgilisi ilə birlikdə uşağın cəsədini Leninskaya İskra qəsəbəsinə apararaq tərk edilmiş evin təsərrüfat tikilisində gizlədib.

Qatil anaya “Yetkinlik yaşına çatmayanın qətli” maddəsi ilə cinayət işi açılıb. /112/