Sevdiyi qızı alan kişini armaturla döydü - Astarada

Sevdiyi qızı alan kişini armaturla döydü - Astarada Hadisə

Astarada kişi dəmir parçası (armatur) ilə döyülüb.

News24.az xəbər verir ki, hadisə şəhərin Əzizbəyov küçəsində, dənizkənarı ərazidə qeydə alınıb.

58 yaşlı İlham Hacıyev mübahisə zamanı İlqar Qarayevi əvvəlcə söyüb, sonra isə əlindəki armaturla sifətinə zərbə vurub. Nəticədə İlqarın alnından xəsarət alıb.

Fakt əsasında İlham saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, subaydır və tək yaşayır. İlqar Qarayev əvvəllər ona gülüb və sanki məzxərəyə qoyub. Sonradan eşidib ki, İlqar Rusiyaya gedib. Hadisə olan günü bulvar ərazisində gəzərkən İlqar və arvadının gəldiyini görüb. Emosiyalarına hakim ola bilməyərək, kişiyə yaxınlaşıb və onu söyüb. Bu zaman yaranan mübahisə zamanı əlindəki armaturu İlqarın sifətinə vurub. Onun sözlərinə görə, İlqarın arvadı ilə aralarında sevgi münasibətləri olmayıb, sadəcə dostluq ediblər.

İ. Hacıyev əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən İlqar Qarayevin sözlərinə görə isə dəniz sahilindən qonaq qaldıqları xalası qızının evinə qayıdarkən İlham qabaqlarına çıxıb və söyüş söyüb. İlqar bildirib ki, İlham “Sən mənim istədiyim qızı almısan” dəyərək, onun üstünə gəlib və əlindəki armaturla sifətinə zərbə vurub. İlqar Qarayev İlhamla barışmadığını və ondan şikayətçi olduğunu deyib.

Qeyd olunur ki, zərbənin təsirindən İlqar yerə yıxılıb, İlham isə armaturu yerə ataraq, ərazidən qaçıb.

Məhkəmənin qərarı ilə İlham Hacıyev 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. /Lent.az/