Şabranda ağır qəza - 4 nəfər xəsarət aldı

Şabranda ağır qəza - 4 nəfər xəsarət aldı Hadisə

Şabran rayonu ərazisində avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, qəza zamanı 4 nəfər paytaxt sakinləri - Nəzrin Həsənova, Həsənli Yusif, Həsənov Vasif və Həsənli Murad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.