Şəkidə ev yandı: - ÖLƏN VAR

Şəkidə ev yandı: - ÖLƏN VAR Hadisə

Şəki şəhərində ev yanıb.

News.az-ın məlumatına görə, gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib.

İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib.

Faktla bağlı araşdırma aparılır.