Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu
Hadisə
Şəmkirdə telefon oğurlayan şəxs tutulub.
News24.az Lent.az-a istinadla xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 22-də axşam saatlarında Zəyəm Cırdaxan kəndi ərazisində Göygöl rayon sakini olan qadına qarşı zor tətbiq edərək mobil telefonunu alaraq soyğunçuluq etməkdə şübhəli bilinən Q. Dünyamalıyev saxlanılıb.
Araşdırmalar davam etdirilir