Şirvanda 3 otaqlı - EV YANDI

Şirvanda 3 otaqlı - EV YANDI Hadisə
Şirvan şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.