Şirvanda kişi həyat yoldaşına 11 bıçaq zərbəsi vurdu

Şirvanda kişi həyat yoldaşına 11 bıçaq zərbəsi vurdu Hadisə

Şirvan sakini, 1986-cı il təvəllüdlü Lamiyə Nəcməddin qızı Qambayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qambayeva "Şirvan şəhər mərkəzi xəstəxanası" Publik Hüquqi Şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.