Məktəbli hava limanına silahla - hücum etdi

Məktəbli hava limanına silahla - hücum etdi Hadisə

15 yaşlı məktəbli əlində silahla ABŞ hava limanına basqın edib.

News24.az bildirir ki, sözügedən məktəbli Arkanzas ştatının Texarkana bölgəsindəki hava limanında pulemyot və tapança ilə binaya basqın edərək təyyarə verilməsini tələb edib.

Yeniyetmə binadan çıxarkən şəxsi təyyarənin pilotu ilə qarşılaşıb. Pilot t**avüzkarın yerə uzanmasını əmr edib və məktəbli tərksilah edilərək saxlanılıb.

Yeniyetmənin kimliyi hələlik açıqlanmayıb.

Zəhraxanım