Siqaret bahalaşdığı üçün "Araz"marketdə dava düşdü - -VİDEO

Siqaret bahalaşdığı üçün "Araz"marketdə dava düşdü - -VİDEO Hadisə

Bahalaşma ilə bağlı marketlərdə siqaret davası başlayıb.


News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Görüntülərdə vətəndaş “Araz” supermarketdən şikayət edib:


“İstifadə etdiyim “Maqna” siqaretini almaq üçün “Araz” supermarketinə girdim. Satıcı mənə 2 qutudan artıq siqaret sata bilməyəcəyini dedi. Səbəbini soruşdum. Bildirdi ki, rəhbərlik əmr verib ki, müştəriyə 2-3 qutudan artıq siqaret satılmasın".


Videogörüntülərin “Araz” Supermarketlər şəbəkəsinin İmişlidə yerləşən filialında çəkildiyi bildirilib.

//player.baku.tv/embed/13786