Sirkədən zəhərlənən 2 nəfər öldü
Hadisə
Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.
News24.az xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.
Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.
Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.