İslam Həmrəyliyi Oyunlarının qalibi olan millimiz - SAXLANILDI

İslam Həmrəyliyi Oyunlarının qalibi olan millimiz - SAXLANILDI Hadisə
Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev saxlanılıb.

News24.az-ın "Futbol+" qəzetinə istinadən məlumatına görə, basketbolçu futbol üzrə Azərbaycan çempionatının danışılmış oyunlarında iştirakına görə tutulub.

Qeyd edək ki, millinin heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev son vaxtlar “Gəncə”nin formasını geyinirdi.