Su anbarında batan ata və iki övladının meyitləri sudan çıxarıldı

Su anbarında batan ata və iki övladının meyitləri sudan çıxarıldı Hadisə

Ağdamda Xaçın su anbarında batan ata və iki azyaşlı övladının meyitləri sudan çıxarılıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərli boğularaq ölüb.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

**17:32

Ağdam rayonunda faciəli hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata görə, bir kişi iki azyaşlı övladı ilə birlikdə su anbarında çimən zaman batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.