Sulutəpədə avtoservisdə yanğın oldu

Sulutəpədə avtoservisdə yanğın oldu Hadisə

Bakının Sulutəpə qəsəbəsində yerləşən avtoservislərdən birində yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)