Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq öldü

Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq öldü Hadisə

İsmayıllıda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)