Sumqayıtda 40 yaşlı kişinin meyiti aşkarlandı

Sumqayıtda 40 yaşlı kişinin meyiti aşkarlandı Hadisə

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır. (Teleqraf)