Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ
Hadisə
Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.
News24.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.
2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.
Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report
11:24
Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır.
Bu barədə News24.az-a Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Mərkəzin Uşaq Xəstəxanasına 2016-cı il təvəllüdlü oğlan hospitalizasiya olunub.
Döş qəfəsinin sınığı diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.