Sumqayıtda 6 avtomobil toqquşdu
Hadisə
Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır. /Report.az/