Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü

Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü Hadisə

Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Report)