Sumqayıtda beş avtomobil toqquşdu
Hadisə
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.
Belə ki, "BMW", iki "Toyota", "Hyundai" və "Chery" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində hər beş avtomobilə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır./Report/