Sumqayıtda biabırçı mənzərə: Qonşu evdən yayılan qoxu binanı ayağa qaldırdı - VİDEO
Hadisə
Sumqayıt şəhərində sakinlər qonşu mənzildə uzun müddətdir zibil yığılmasına görə yaranan antisanitar vəziyyətdən şikayətçidirlər.
“Yeni Sabah” xəbər verir ki, onların sözlərinə görə, mənzildən yayılan kəskin qoxu və gigiyenik qaydalara əməl olunmaması artıq dözülməz dərəcəyə çatıb.
Sakinlər bildirirlər ki, şikayətçi olduqları qonşu evdə it və pişik saxlayır, həmçinin sanitar qovşaq kimi evin otaqlarından istifadə edir.