Sumqayıtda kişi zavodda bıçaqlandı
Hadisə
Sumqayıtda bıçaqlanma hadisəsi olub.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunda qeydə alınıb.
54 yaşı Bilal Şahgəldiyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralı onu bıçaqlayan şəxsi tanımayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.