Sumqayıtda mənzildə meyit aşkarlandı
Hadisə
Sumqayıt şəhərində fərdi yaşayış evində meyit aşkar edilib.
News24.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Nəbi Hümbət oğlu Məhərrəmov meyiti yaşadığı evdə aşkar edilib.
İlkin məlumata görə, onun ölümü qəfil baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır./Teleqraf