Sumqayıtda qəzada ölən şəxs qazi imiş
Hadisə
Ötən gün Sumqayıt şəhəri ərazisində baş verən yol qəzasında 39 yaşlı Rzayev Ruslan İsmayıl oğlu ölüb.
News24.az-ın "Unikal"a istinadən məlumatına görə, qəzada həyatını itirən R.Rzayev Vətən müharibəsi qazisi idi.
Mərhum "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.