Sumqayıtda şadlıq evində yanğın olub

Sumqayıtda şadlıq evində yanğın olub Hadisə
Sumqayıt şəhərində hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan 1 ədəd havatəmizləyici qurğu yanıb. 

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
Məlumata görə, şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.