Sumqayıtda teplovoz yanacaq daşıyan yük maşını ilə toqquşdu - FOTO
Hadisə
Sumqayıt şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində teplovoz ilə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.
Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb. (Teleqraf)