Sumqayıtda yaşayış binasında partlayış oldu – FOTOLAR
Hadisə
Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə 42-ci məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülür
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir. (Report)