Sumqayıtda zavodların birində yanğın başlayıb

Sumqayıtda zavodların birində yanğın başlayıb Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən “Report”un sorgusana cavab olaraq bildirilib.

Qeyd olunub ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

12:53

Sumqayıtda yerləşən zavodların birində yanğın başladığı bildirilir.

“Report”un yerli bürosunun məlumatına görə, hazırda əraziyə gedən yolda məhdudiyyət tətbiq edilib.