Sumqayıtda zəncirvari qəza

Sumqayıtda zəncirvari qəza Hadisə

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə 45-ci məhəllədə qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında saxlanılan dörd nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Mercedes”, “Chevrolet”, “Opel” markalı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır./Teleqraf.az/