Sumqayıtda ağır qəza - “BMW” 3 maşına çırpılıb aşdı - Video
Hadisə
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
News24.az xəbər verir ki, idarəetmədən çıxan “BMW” markalı avtomobil əvvəlcə “Toyota”, daha sonra “Kia” və “Opel” markalı minik avtomobillərinə çırpılıb.
Toqquşmadan sonra “BMW” aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisənin səbəbləri və təfərrüatı araşdırılır. /qafqazinfo/