Suraxanı rayonundakı oğrular saxlanıldı

Suraxanı rayonundakı oğrular saxlanıldı Hadisə
Suraxanı rayonundakı mənzillərin birindən 500 manat və 200 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əmrayev rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şəmkir rayonundakı evlərin birindən 8200 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər A.Əliyev və N.Kamilli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.