Suraxanıda yanğın

Suraxanıda yanğın Hadisə
Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.