Suraxanıdakı yanğının söndürülməsinə helikopter cəlb edildi

Suraxanıdakı yanğının söndürülməsinə helikopter cəlb edildi Hadisə

Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verib.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.