Taksi sürücüsünü qətlə yetirənlə bağlı - QƏRAR
Hadisə
İzmirin Qaziemir rayonunda taksi sürücüsü Oğuz Ergeni tapança ilə öldürən Delil Aysalın cinayət qabiliyyətinin tam olduğu müəyyən edilib.
News24.az xəbər verir ki, İzmir 10-cu Ağır Cəza Məhkəməsində “nisbi adam öldürmə”, “vasıflı talama” və “lisenziyasız silah gəzdirmə” ittihamları ilə mühakimə olunan Aysalın tələb edilən cinayət məsuliyyəti hesabatı məhkəməyə daxil olub.
Manisa Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasının hazırladığı hesabatda aşağıdakı məlumatlar yer alıb:
“Şəxsin cinayət məsuliyyətinə təsir edəcək səviyyədə psixi xəstəliyin və ya zəifliyin aşkar edilmədiyi, şəxsin törətdiyi iddia edilən əməllərin hüquqi mənasını və nəticələrini anlaya bilməsi müşahidə edilmişdir. Cinayətin törədildiyi vaxt, bu əməllərlə bağlı davranışını istiqamətləndirmək üçün tam imkana malik olduğunu və buna görə də törətdiyi iddia edilən cinayətlərə görə tam cinayət məsuliyyətinin olduğunu bildirir."
Günel Məlikzadə