Tarkanın Bakı konsertindən nə qədər qazanacağı bilindi

Tarkanın Bakı konsertindən nə qədər qazanacağı bilindi Hadisə


Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxminən 2 milyon 510 min manat) gəlir əldə edəcək.

Məlumata görə, sənətçi iki saat səhənədə qalacaq. Tarkanın konsert üçün rəqs dərsləri aldığı qeyd edilib./publika