Tarzən Elbrus Əliyev vəfat etdi

Tarzən Elbrus Əliyev vəfat etdi Hadisə

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Tanınmış tarzən, istedadlı tar müəllimi Elburus Əliyev ötən gün vəfat edib.

News24.az xəbər verir ki, mərhum sənətkar uzun illər Sumqayıtda musiqi məktəblərinin birində müəllim kimi fəaliyyət göstərib, ölkəmiz üçün gənc musiqiçilərin və tarzənlərin yetişdirilməsində mühüm xidmətlər göstərib.

Onun vəfatı sənət ictimaiyyəti, həmkarları və yetirmələri tərəfindən dərin hüznlə qarşılanıb.