Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu
Hadisə
Gürcüstanın Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib.
News24.az xəbər verir ki, hadisə ötən gün saat 18 radələrində baş verib.
Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. Yeniyetmə suda boğulub. pizza
Hadisə yerinə xilasedicilər cəlb olunsalar da, onun tapılması mümkün olmayıb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Kənd sakinlərinin sözlərinə görə, axtarışlar zamanı xilasedicilər qayıq və digər vasitələrdən istifadə etsələr də, əraziyə dalğıc cəlb olunmayıb.//Oxu.az