"Təhsil Nəşriyyat Poliqrafiya"nın binasında - yanğın

"Təhsil Nəşriyyat Poliqrafiya"nın binasında - yanğın Hadisə
Bakı şəhərinin Nərimanov rayonunda "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb.

Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.