Telefon partladı, sahibi xəsarət aldı
Hadisə
“Samsung Galaxy S24” telefonu istifadəçinin əlində olarkən partlayıb.
News24.az xəbər verir ki, hadisə Cənubi Koreyada baş verib.
Partlayış zamanı telefon enerji cihazına qoşulu olmayıb.
İndiyədək təmir olunmayan, zədələnməyən telefonun batareyası qəfildən şişib və korpusu deformasiya edib, nəticədə də cihaz partlayıb.
Hadisə zamanı istifadəçi yüngül yanıq xəsarəti alıb və tüstüdən zəhərlənib.
“Samsung” şirkəti hazırda hadisənin səbəbini araşdırır. Bu səbəbdən bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər. /NotebookCheck/