Təqaüdçü qadının bank kartını taladı - SAXLANILDI

Təqaüdçü qadının bank kartını taladı - SAXLANILDI Hadisə

Sumqayıt şəhəri ərazisində yaşlı qadın kartındakı pul vəsaitini çıxarmaq üçün tanımadığı bir şəxsdən köməklik istəyib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Həmin şəxs isə yardım etdikdən sonra qadının kartını gizlicə özündə saxlayıb, əvəzində içərisi boş olan özünəməxsus kartı ona verib. Oğurluqla üzləşdiyini anladıqdan sonra zərərçəkən polisə müraciət edib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin kart hesabındakı 218 manatı oğurladığı məlum olub.

Araşdırma aparılır.