Tərtərdə avtomobil iki qadını vuraraq öldürdü

Tərtərdə avtomobil iki qadını vuraraq öldürdü Hadisə

Tərtər rayonunda avtomobil iki qadını vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə avqustun 18-də baş verib.

Belə ki, Zülfüqar Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil Ağdam-Bərdə magistral avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində Mahirə Qədimova və Cəmilə Zeynalovanı vurub.

Hadisə nəticəsində hər iki piyada ölüb.

Faktla bağlı araşdırma aparılır./Trend