Tərtərdə maşın iki qadın piyadanı vurdu

Tərtərdə maşın iki qadın piyadanı vurdu Hadisə

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.

Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA