Tərtərdə minaya düşən şəxsin qolu amputasiya - edildi-VİDEO

Tərtərdə minaya düşən şəxsin qolu amputasiya - edildi-VİDEO Hadisə

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. 

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. 

Araşdırma aparılır.

Ətraflı RTV-də: