Tərtərdə qəza - Xəsarət alanlar var - YENİLƏNDİ

Tərtərdə qəza - Xəsarət alanlar var - YENİLƏNDİ Hadisə

Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (1 kişi, 3 qadın) oktyabrın 1-i saat 12:10 radələrində Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Digər şəxsin isə müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.


12:05

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili mikroavtobusla toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./APA