Teymur Məmmədov işindən ayrıldı
Hadisə
“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Teymur Məmmədov şirkətdən ayrılıb.
News24.az xəbər verir ki, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Teymur Məmmədov 2019-cu ilin fevralında “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri təyin edilib. O, bu vəzifədə Zaur Axundovu əvəz edib.
“İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 14,77 milyon manatdır. Səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur./APA