Təyyarə qəzasında həlak olan 38 nəfərin hamısının meyiti tapıldı
Hadisə
Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olan 38 nəfərin hamısının nəşi tapılıb, 7 nəfərin şəxsiyyəti müəyyən edilib. Hazırda hadisə yerində xilasetmə işləri Rusiyanın Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən aparılır.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlik Qazaxıstan hakimiyyətinin qəza nəticəsində 38 nəfərin öldüyü barədə dünənki məlumatını təsdiqləyib.
“Ölən 38 nəfərin, o cümlədən 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvünün meyiti aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib”, - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Fövqəladə Hallar Nazirliyi onu da xatırladıb ki, dekabrın 25-də Fövqəladə Hallar Nazirliyinin bir qrup xilasedicisi “qara qutu” aşkar edib. Hadisə yerində 24 saatlıq növbətçilik təşkil edilib.
Aynurə